logo

İlham Əliyev Ukrayna prezidentini təbrik edib

17:59 23-08-2019 | icon 308
İlham Əliyev Ukrayna prezidentini təbrik edib

Prezident İlham Əliyev Ukraynanın prezidenti Vladimir Zelenskiyə təbrik məktubu ünvanlayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məktubda deyilir: 

"Hörmətli cənab prezident,

Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Ukrayna əlaqələri, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın qarşılıqlı mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına sülh və firavanlıq diləyirəm".