logo

FHN taxta bazarında baş verən yanğınla bağlı yeni məlumat yayıb

22:20 22-08-2019 | icon 287
FHN taxta bazarında baş verən yanğınla bağlı yeni məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) taxta bazarında baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, "Baksol" yolu yaxınlığında tikinti materialları bazarında baş vermiş yanğın FHN-in müvafiq qüvvələri tərəfindən söndürülüb. Yanğının söndürülməsi üçün əraziyə, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 34 ədəd texnika və 141 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 6 ədəd texnika və 60 nəfərdən ibarət canlı qüvvə cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, üç nəfərə isə yerində yardım göstərilib. İlkin hesablamalara görə, təxminən, 7200 kvadratmetr taxta məmulatları yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.