Bakı metrosunun "Koroğlu" stansiyasında hadisə baş verib.
“Bakı Metropoliteni” QSC-dən YeniAvropa-ya bildirilib ki, qatardan düşərək "Koroğlu" stansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyindən yuxarı vestibüldə əməkdaşa yaxınlaşıb.
Dərhal təcili tibbi yardım xidməti çağırılıb. 45-50 yaş aralığında olan sərnişin, təəssüf ki, az sonra dünyasını dəyişib. Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını təsdiq edib.