Azərbaycan “Paris-2024” Olimpiya Oyunlarında 5 boksçu ilə təmsil olunacaq
“Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək kişi boksçuların tam siyahısı bəlli olub.
YeniAvropa xəbər verir ki, Fransa paytaxtına son vəsiqələr Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində sahiblərini tapıb.
7 çəkidə 121 boksçu mübarizə aparacaq
Dördilliyin ən mötəbər multiidman tədbirində 7 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Parisdə ümumilikdə 121 kişi boksçu mübarizə aparacaq. 51 kiloqram, 57 kiloqram və 80 kiloqram çəkilərdə 17, 63,5 kiloqram və 71 kiloqram çəkilərdə 19, 92 kiloqram və +92 kiloqram çəkilərdə isə 16 dəri əlcək sahibi rinqə çıxacaq.
Dünyada 48 ölkə
Parisdə ümumilikdə 49 komandanın üzvləri mübarizə aparacaq. Onlardan biri Qaçqınların Olimpiya Komandasıdır. Digər 48 yığma isə fərqli ölkələri təmsil edir. Yalnız iki ölkə bütün çəkilərdə boksçu göndərəcək. Bunlar Özbəkistan və Qazaxıstan milliləridir.
Azərbaycanın “penta-trik”i
Azərbaycan yığması Olimpiadada 5 boksçu ilə təmsil olunacaq. Nicat Hüseynov (51 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Alfonso Dominqes (92 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) Fransa paytaxtında rinqə çıxacaqlar. Yığmamız yalnız iki çəki dərəcəsində Olimpiadadan kənar qalıb. Bunlar 57 kiloqram və 71 kiloqram kateqoriyalarıdır.
ABŞ-dan öndə, Kuba ilə çiyin-çiyinə
Azərbaycan millisi lisenziya sayında dünyanın yalnız üç ölkəsindən geri qalır. Maksimal göstəriciyə malik Özbəkistan və Qazaxıstan, həmçinin 6 vəsiqəsi olan Avstraliya daha öndədir. Dünya 4-cüsü adına şərik olan yığmamız Kuba kimi boks lideri ilə eyni göstəriciyə malikdir. Təkcə boks deyil, Olimpiadaların nəhəngi sayılan ABŞ isə cəmi 4 lisenziya ilə Azərbaycana həsəd aparır.
Avropa rinqinin ağası
“Paris-2024”də iştirak edəcək 121 boksçudan yalnız 48-si Avropanı təmsil edir. “Köhnə qitə”nin cəmi 20 ölkəsi olimpiya lisenziyasına sevinib. Avropa rinqinin ağası olduğunu sübut edən millimiz qitədə 1-ci yerə şərikdir. Yalnız İspaniya Azərbaycan qədər – 5 vəsiqə əldə edib.
"COP29"a hazırlıq: Bir sıra küçələr 3 saatlıq bağlı olacaq
“Azərkontrakt" 2 ay sonra ləğv edilcək
Paytaxtın Xətai rayonunda torpaq sürüşməsi olub
Bəstəkarlar İttifaqının 90 illik yubileyini Şuşada qeyd edib
“E-təbib” mobil tətbiqi ilə təcili yardım çağırmaq mümkün olacaq
Məhkəmə sabiq baş nazirin həbsinə order verdi
“Ulduz” metrostansiyasında yeni işıqlanma sistemi qurulub
AZAL Novruz bayramı tətili üçün Batumiyə biletləri satışa çıxarıb
Sabah Bakıda yağış, bəzi dağlıq bölgələrdə isə qar yağacaq
NATO-nun baş katibi Ukrayna prezidenti ilə görüşəcək
Füzulidə "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıq işləri ilə tanış olub
Azərbaycanda qarşıdakı 10 gündə 1,6 milyondan çox ağac və kol əkiləcək
Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu keçiril
Azərbaycan nefti 74,75 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Bu gün Füzuli Şəhəri Günüdür
ADY qatarların hərəkət qrafikində dəyişiklik edib
Zelenski Ukraynanın qələbə planını təqdim edib
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Orban Aİ-nin Ukraynaya 6,6 milyard avroluq yardımına beto qoyacaq?
Sabah Bakıda 20° isti olacaq
Cari ildə azad olunmuş ərazilərin bərpasına 3,083 milyard manat xərclənib
Neft Fondundan dövlət büdcəsinə 9,5 milyard manatlıq transfert edilib