Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək
Beynəlxalq Bitki Sağlamlığı Günü ilə bağlı mayın 21-22-də Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu təşkil olunacaq.
Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə bir sıra dövlət qurumları, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərin iştirakı nəzərdə tutulur.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindənYeniAvropa-ya verilən məlumata görə, “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumunun məqsədi bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, mövcud zərərvericilərə qarşı mübarizə və onların idarə olunması yolu ilə bitki sağlamlığının möhkəmləndirilməsi, bitki və bitkiçilik məhsullarının istehsalı və təhlükəsiz ticarətinin genişləndirilməsi, qlobal ərzaq təhlükəsizliyinin və biomüxtəlifliyin qorunması üçün milli bitki sağlamlığı qurumları, regional və beynəlxalq təşkilatlar, dövlət qurumları, universitetlər və istinad laboratoriyaları üçün əməkdaşlıq platformasının təmin edilməsidir.
Tədbirin ilk günündə “İqlim dəyişikliyi şəraitində dayanıqlı kənd təsərrüfatı təcrübələrinin zərərli orqanizmlərlə mübarizədə rolu: COP29 kontekstində” və “Bitki sağlamlığında elmi-tədqiqatlar və kadr potensialı” mövzularında sessiyaların keçirilməsi planlaşdırılır. Tədbirin növbəti günündə isə “Meyvə istehsalı sahələrində zərərli orqanizmlərlə mübarizə təcrübələri”, “İstixanada zərərli orqanizmlərlə mübarizə təcrübələri”, “Birillik bitkilərin istehsalı sahələrində zərərli orqanizmlərlə mübarizə təcrübələri” və “Bitki mühafizəsi vasitələrindən düzgün istifadə və bioloji mübarizə üsullarının tətbiqi” mövzularında sessiyaların təşkil olunması nəzərdə tutulur. Sessiyalar zamanı müxtəlif mövzularda çıxışların edilməsi, müzakirələrin aparılması və Fitosanitar Ekspertlər Qrupunun təsis olunması planlaşdırılır.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizdə bitki sağlamlığının təmin olunması sahəsində mühüm işlər görülüb. Bitki sağlamlığının izlənməsi istiqamətində Milli Monitorinq Planı hazırlanıb və icrası həyata keçirilir, təsərrüfat subyektlərinin reyestri formalaşdırılır. Bitki mühafizəsi vasitələrinin qeydiyyatı və idxalı prosedurları sadələşdirilib. Beynəlxalq təcrübə nəzərə alınaraq, ilk dəfə Azərbaycanda 238 adda təsiredici maddənin qadağan olunması barədə siyahı hazırlanaraq təsdiqlənib. Agentliyin apardığı araşdırmalar və verdiyi təkliflər əsasında “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələr, o cümlədən ammonium nitratla çirklənmiş Azərbaycan Respublikasının ərazilərində mövcud problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planı” təsdiq edilib. Qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin hazırlanması başa çatdırılıb və razılaşdırılma mərhələsindədir.
Rusiya Federasiyasına ixrac olunan xurma, alma, fındıq, çiyələk, nar, şaftalı, gilas, armud və digər məhsulların miqdarında artım var. Fındıq, alma və nar məhsullarının Çin Xalq Respublikasına ixracı ilə əlaqədar icazənin alınması üçün müvafiq hesabat hazırlanıb və qarşı tərəfə təqdim edilib. Ölkəmizdə istehsal olunan fındıq məhsullarının Avropa bazarlarına ixracının davamlılığı təmin edilib. Avropa İttifaqının müvafiq qurumu ölkəmizdən ixrac olunan fındıq partiyalarına 20 faiz yoxlama tezliyi saxlanılmaqla Agentliyin zəmanəti ilə hər yük partiyasını toksikoloji laborator müayinələrə cəlb etmədən və müvafiq sənədlərlə müşayiət olunmadan ixracına icazə verilməsinə dair qərar qəbul edilib.
"COP29"a hazırlıq: Bir sıra küçələr 3 saatlıq bağlı olacaq
“Azərkontrakt" 2 ay sonra ləğv edilcək
Paytaxtın Xətai rayonunda torpaq sürüşməsi olub
Bəstəkarlar İttifaqının 90 illik yubileyini Şuşada qeyd edib
“E-təbib” mobil tətbiqi ilə təcili yardım çağırmaq mümkün olacaq
Məhkəmə sabiq baş nazirin həbsinə order verdi
“Ulduz” metrostansiyasında yeni işıqlanma sistemi qurulub
AZAL Novruz bayramı tətili üçün Batumiyə biletləri satışa çıxarıb
Sabah Bakıda yağış, bəzi dağlıq bölgələrdə isə qar yağacaq
NATO-nun baş katibi Ukrayna prezidenti ilə görüşəcək
Füzulidə "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıq işləri ilə tanış olub
Azərbaycanda qarşıdakı 10 gündə 1,6 milyondan çox ağac və kol əkiləcək
Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu keçiril
Azərbaycan nefti 74,75 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Bu gün Füzuli Şəhəri Günüdür
ADY qatarların hərəkət qrafikində dəyişiklik edib
Zelenski Ukraynanın qələbə planını təqdim edib
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Orban Aİ-nin Ukraynaya 6,6 milyard avroluq yardımına beto qoyacaq?
Sabah Bakıda 20° isti olacaq
Cari ildə azad olunmuş ərazilərin bərpasına 3,083 milyard manat xərclənib
Neft Fondundan dövlət büdcəsinə 9,5 milyard manatlıq transfert edilib