Bakıda Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi keçirilir
Bu gün sayca 17-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri keçirilir.
YeniAvropa xəbər verir ki, sərgi kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir araya toplayıb. Sərgi iştirakçıları arasında Azərbaycanla yanaşı ABŞ, Almaniya, Belarus, Belçika, Cənubi Koreya, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Latviya, Niderland, Rusiya Federasiyası, Serbiya,Türkiyə və şirkətləri yer alıb.
Üç gün davam edəcək “Caspian Agro”nun əsas bölmələrinə kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, meyvə və tərəvəzlərin yetişdirilməsi daxildir.
“Caspian Agro” ilə yanaşı Xəzər regionunda qida sənayesi nümayəndələrinin əsas görüş yeri olan 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi “InterFood Azerbaijan” təşkil ediləcək. Sərgidə Belarus, Çin, Hindistan, İran, İtaliya, Polşa, Rusiya Federasiyası, Şri-Lanka, Tayland, Türkmənistan, Türkiyə və Venesueladan olan şirkətlər də təmsil olunurlar.
“InterFood Azerbaijan” sərgi iştirakçılarının öz məhsullarının real satışını həyata keçirdikləri, öz şirkətlər üçün distribütorlar və nümayəndələr tapdıqları fürsət məkanıdır. Vahid platformada dondurulmuş qidalar və yarımfabrikatlar, qənnadı və un məhsulları, konservləşdirilmiş qidalar, ət məmulatları, süd məmulatları, meyvə-tərəvəzlər, yağ məhsulları, şirələr, çay, sağlam qidalar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, paketlər və bir sıra digər məhsullar təqdim edilir.
Sərgidə ilk dəfə olaraq “Agro Hackathon” müsabiqəsi keçiriləcək. Sözügedən müsabiqədə proqram tərtibatçıları, interfeys dizaynerləri və kompüter proqramçılarından təşkil olunan komandalar bir araya gələrək kənd təsərrüfatı sahəsinə aid texnoloji həllər tapacaq və yeni layihələr ərsəyə gətirəcəklər. Qalib komandalar pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
"COP29"a hazırlıq: Bir sıra küçələr 3 saatlıq bağlı olacaq
“Azərkontrakt" 2 ay sonra ləğv edilcək
Paytaxtın Xətai rayonunda torpaq sürüşməsi olub
Bəstəkarlar İttifaqının 90 illik yubileyini Şuşada qeyd edib
“E-təbib” mobil tətbiqi ilə təcili yardım çağırmaq mümkün olacaq
Məhkəmə sabiq baş nazirin həbsinə order verdi
“Ulduz” metrostansiyasında yeni işıqlanma sistemi qurulub
AZAL Novruz bayramı tətili üçün Batumiyə biletləri satışa çıxarıb
Sabah Bakıda yağış, bəzi dağlıq bölgələrdə isə qar yağacaq
NATO-nun baş katibi Ukrayna prezidenti ilə görüşəcək
Füzulidə "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıq işləri ilə tanış olub
Azərbaycanda qarşıdakı 10 gündə 1,6 milyondan çox ağac və kol əkiləcək
Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu keçiril
Azərbaycan nefti 74,75 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Bu gün Füzuli Şəhəri Günüdür
ADY qatarların hərəkət qrafikində dəyişiklik edib
Zelenski Ukraynanın qələbə planını təqdim edib
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Orban Aİ-nin Ukraynaya 6,6 milyard avroluq yardımına beto qoyacaq?
Sabah Bakıda 20° isti olacaq
Cari ildə azad olunmuş ərazilərin bərpasına 3,083 milyard manat xərclənib
Neft Fondundan dövlət büdcəsinə 9,5 milyard manatlıq transfert edilib