Göydəniz Qəhrəmanov yenidən ATAA-nın sədri seçilib
Mayın 14-də Bakıda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının(ATAA) IV Baş Assambleya keçirilib.
YeniAvropa xəbər verir ki, “Yay mövsümünə hazırlıq” mövzusunda keçirilən tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov turizmin müxtəlif sahələrini birləşdirən ixtisaslaşmış ictimai birliklərin və bütövlükdə sənayenin təşkilatlanmasının dövlət-biznes tərəfdaşlığının inkişafında, sənaye ilə səmərəli və çevik əlaqələrin qurulmasında mühüm rol oynadığını qeyd edib.
O, Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına, eyni zamanda, turizm sahəsində fəaliyyət göstərən bu kimi birliklərin fəaliyyətinə daim dəstək verdiyini, həmçinin Agentliyin turizmin tənzimlənməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, turizm məhsullarının yaradılması, marketinq kimi bir sıra mühüm istiqamətlərdə sənaye ilə əməkdaşlığın genişlənməsində əlaqələrin vacibliyini vurğulayıb.
Assambleyada çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov öz ətrafında 170 turizm şirkətini birləşdirən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının əsas fəaliyyətinin ölkə turizminin tərəqqisi, üzvlərin hüquqlarının qorunması və fəaliyyətlərinə dəstək göstərilməsi, Azərbaycanı xarici ölkələrdə cəlbedici turizm destinasiyası olaraq tanıdılması, eləcə də ölkəyə turist axınının artırılması üzərində qurulduğunu qeyd edib. O, son illər ərzində ATAA-nın ölkə turizminin bərpası və inkişafı istiqamətində müxtəlif dövlət qurumları və təşkilatlarla, aviadaşıyıcılarla, beynəlxalq tərəfdaşlarla 300-ə yaxın görüş keçirdiyini, ikitərəfli və çoxtərəfli müzakirələrin aparıldığını diqqətə çatdırıb.
Tədbirin davamında ATAA-nın rəhbər strukturuna seçki keçirilib. Göydəniz Qəhrəmanov yenidən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri seçilib.
Səsvermədə 122 iştirakçıdan 118-i lehinə səs verib, 4 nəfəri isə bitərəf olub.
"COP29"a hazırlıq: Bir sıra küçələr 3 saatlıq bağlı olacaq
“Azərkontrakt" 2 ay sonra ləğv edilcək
Paytaxtın Xətai rayonunda torpaq sürüşməsi olub
Bəstəkarlar İttifaqının 90 illik yubileyini Şuşada qeyd edib
“E-təbib” mobil tətbiqi ilə təcili yardım çağırmaq mümkün olacaq
Məhkəmə sabiq baş nazirin həbsinə order verdi
“Ulduz” metrostansiyasında yeni işıqlanma sistemi qurulub
AZAL Novruz bayramı tətili üçün Batumiyə biletləri satışa çıxarıb
Sabah Bakıda yağış, bəzi dağlıq bölgələrdə isə qar yağacaq
NATO-nun baş katibi Ukrayna prezidenti ilə görüşəcək
Füzulidə "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıq işləri ilə tanış olub
Azərbaycanda qarşıdakı 10 gündə 1,6 milyondan çox ağac və kol əkiləcək
Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu keçiril
Azərbaycan nefti 74,75 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Bu gün Füzuli Şəhəri Günüdür
ADY qatarların hərəkət qrafikində dəyişiklik edib
Zelenski Ukraynanın qələbə planını təqdim edib
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Orban Aİ-nin Ukraynaya 6,6 milyard avroluq yardımına beto qoyacaq?
Sabah Bakıda 20° isti olacaq
Cari ildə azad olunmuş ərazilərin bərpasına 3,083 milyard manat xərclənib
Neft Fondundan dövlət büdcəsinə 9,5 milyard manatlıq transfert edilib