Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib.
YeniAvropa xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qırğız Respublikasının prezidenti Sadır Japarovu Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.