Sabah Bakıda 13° isti olacaq
Azərbaycanda martın 16-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, martın 16-da Bakıda və Abşeron yarımadasında
bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7°, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 millimetr civə sütunu olacaq. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 8-13° isti olacaq.
Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın gecə və səhər dağlıq ərazilərdə, gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, yüksək dağlıq ərazilərdə 2°-dək şaxta, gündüz 4-9°, bəzi yerlərdə 13°-dək isti olacaq.
Gəncə şəhəri, Qazax, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7°, gündüz 10-15° isti olacağı proqnozlaşdırılır.
Mingəçevir şəhəri, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 9-14° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-5° isti olacaq.
Şirvan şəhəri, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında havanın əsasən yağmursuz olacağı, lakin günün ikinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8°, gündüz 11-16° isti, dağlarda gecə 4-6°, gündüz 6-10° isti olacaq.
Messi tarixin ən yaxşı futbolçusu seçilib
Avropa çempionatı: 3 boksçumuz finala yüksəlib
İsrail HƏMAS liderini öldürdüyünü ABŞ-a təsdiqləyib
AQTA paytaxtdakı “Sarı Sünbül” iaşə obyektini bağlatdırdı
Aeroport yolu 3 saat bağlı olacaq
"COVID-19"a görə bəzi tibb işçilərinin maaşlarına əlavənin vaxtı uzadılıb
Ceyhun Bayramov Türkiyəyə “3+3” formatda görüşə yola düşüb
Qeyri-sabit hava şəraiti bölgələrdə 4 gün davam edəcək
“Bakı Nəqliyyat Agentliyi”nin həbs edilən əməkdaşları bəraət aldılar?
"COP29"a hazırlıq: Bir sıra küçələr 3 saatlıq bağlı olacaq
“Azərkontrakt" 2 ay sonra ləğv edilcək
Paytaxtın Xətai rayonunda torpaq sürüşməsi olub
Bəstəkarlar İttifaqının 90 illik yubileyini Şuşada qeyd edib
“E-təbib” mobil tətbiqi ilə təcili yardım çağırmaq mümkün olacaq
Məhkəmə sabiq baş nazirin həbsinə order verdi
“Ulduz” metrostansiyasında yeni işıqlanma sistemi qurulub
AZAL Novruz bayramı tətili üçün Batumiyə biletləri satışa çıxarıb
Sabah Bakıda yağış, bəzi dağlıq bölgələrdə isə qar yağacaq
NATO-nun baş katibi Ukrayna prezidenti ilə görüşəcək
Füzulidə "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıq işləri ilə tanış olub
Azərbaycanda qarşıdakı 10 gündə 1,6 milyondan çox ağac və kol əkiləcək
Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu keçiril
Azərbaycan nefti 74,75 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb