AFFA prezidenti Rövnəq Abdullayev qarşıdakı Hesabat-Seçki konfransında namizədliyini irəli sürməyəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Rövnəq Abdullayev milli assosiasiyanın İcraiyyə Komitəsinin bu gün Gəncə şəhərində keçirilən iclasında bildirib.
O, aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında öz istəyilə AFFA prezidentliyinə namizəd olmayacağını açıqlayıb.
Qeyd edək ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-ya rəhbərlik edir.