Azərbaycanda keçirilən sosioloji sorğunun nəticələri açıqlanıb
Azərbaycanda keçirilən sosioloji sorğunun əsas məqsədi prezident seçkiləri ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, seçkilərlə bağlı ictimai rəyin öyrənilməsidir.
YeniAvropa xəbər verir ki, bunu “Oracle Advisory Group" təşkilatının nümayəndəsi George Birnbaum bu gün Şuşada keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, sorğu vərəqindəki suallar “Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsi”, “Ölkənin hazırkı vəziyyətinə münasibət”, “Əhalinin siyasi fəallıq səviyyəsi”, “Ermənistan-Azərbaycan münaqişəsi”, “Vətən müharibəsinə dəstək” kimi qruplaşdırılıb.
George Birnbaum deyib: “Əvvəllər Azərbaycanda keçirilən prezident seçkilərində iştirak etmisiniz?” sualına 34,9 faiz “Demək olar ki, hər zaman” variantını seçib. Daha 28,4 faizi “Hər zaman”, 11,1 faizi isə “Çox vaxt” cavabı verib. Bu isə əhalinin seçkilərdə fəallığının göstəricisidir.
Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə ünvanlanmış “Hazırda ölkəmizin üzləşdiyi ən vacib problem hansıdır?” sualına 2,3 faiz iqtisadi vəziyyəti, 34,9 faiz məşğulluğu, 27,1 faiz əməkhaqqını, 0,4 faiz Azərbaycanın beynəlxalq arenada rolunu, 0,1 faiz cinayətkarlığı, 14,1 faiz korrupsiyanı, 6,7 faiz təhsili, 0,2 faiz ekologiyanı, 13,1 faiz səhiyyəni, 1,1 faiz isə məişət zorakılığını qeyd edib.
Seçicilər arasında ölkənin “düzgün istiqamətdə” inkişaf etdiyi və Prezidentin uğurlu fəaliyyəti barədə əminlik hissi var.
“Azərbaycanın getdiyi yolun ümumi istiqamətini necə qiymətləndirirsiniz?” sualına seçicilərin 81,2 faizi “düzgün istiqamət”, 12,3 faizi isə “yanlış istiqamət” cavabını veriblər.
“Hazırkı Prezident İlham Əliyevin gördüyü işləri necə qiymətləndirərdiniz?” sualına 96 faiz seçici “əla”, 2,5 faiz “yaxşı”, 0,8 faiz “qənaətbəxş” cavabını veriblər.
Bundan əlavə, seçicilər Azərbaycanı yaşamaq üçün təhlükəsiz ölkə olduğunu hesab edirlər. Belə ki, “Azərbaycanın digər qeyri-sabit ölkələrdən fərqli olaraq, regionda ən sabit ölkə olması ilə razısınızmı” sualına, sorğuda iştirak edənlərin 85,4 faiz “bəli” cavabını veriblər.
“Prezident seçkiləri bu günə təyin edilsəydi və namizədlər aşağıdakı şəxslər olsaydı, kimə səs verərdiniz?” sualına verilən cavablar göstərir ki, respondentlərin böyük əksəriyyəti hazırkı ölkə rəhbərinin fəaliyyətindən razıdır. Belə ki, respondentlərin 97 faizi İlham Əliyevin, 1,2 faiz Zahid Orucun, 0,7 faizi Fazil Mustafanın, 0,5 faiz Razi Nurullayevin, 0,3 faizi Qüdrət Həsənquliyevin, 0,2 faiz Fuad Əliyevin, 0,1 faiz isə Elşad Musayevin adını çəkib.
Nəhayət, Qarabağdakı qələbə ictimaiyyət tərəfindən Azərbaycanın böyük uğuru kimi qiymətləndirilir. Respondentlərin 98,50 faizi “Siz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatları dəstəklədinizmi?” sualına müsbət cavab veriblər. Bu rəqəm yüksək milli ruhu nümayiş etdirir.
“Sizcə, Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkənin beynəlxalq aləmdə nüfuzuna necə təsir edib?” sualına respondentlərin əksəriyyəti - 72,5 faizi “müsbət”, 2,6 faizi “mənfi”, 24,9 faizi “neytral” variantını seçib.
Bütün cavablar əhalinin mövcud hökumətin fəaliyyətinə münasibətinin açıq ifadəsidir. Belə ki, verilən cavablar əhalinin hazırkı iqtidarın hakimiyyətinə olan inamını və dəstəyini əks etdirir.
Bu bloka daxil olan və Prezident İlham Əliyevə münasibətlə bağlı suala verilən cavablar seçicilərin siyasi meyli və səsvermənin nəticələri haqqında yekun fikir formalaşdırmağa imkan yaradır.
Beləliklə, bilavasitə Prezident İlham Əliyevin fəaliyyətinə münasibətlə bağlı ictimai rəyin öyrənilməsinə yönəlmiş seçki öncəsi sorğunun nəticələrinə əsasən deyə bilərik ki, əhali İlham Əliyevin hakimiyyətinə inanır və onun siyasi xəttini dəstəkləyir.
ABŞ-ın “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” bu qənaətə gəlir ki, əhali fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı məlumatlıdır. Bu, dövlətin həyata keçirdiyi maarifləndirmə və məlumatlandırma işinin yüksək səviyyəsində aparılmasından xəbər verir”.
"COP29"a hazırlıq: Bir sıra küçələr 3 saatlıq bağlı olacaq
“Azərkontrakt" 2 ay sonra ləğv edilcək
Paytaxtın Xətai rayonunda torpaq sürüşməsi olub
Bəstəkarlar İttifaqının 90 illik yubileyini Şuşada qeyd edib
“E-təbib” mobil tətbiqi ilə təcili yardım çağırmaq mümkün olacaq
Məhkəmə sabiq baş nazirin həbsinə order verdi
“Ulduz” metrostansiyasında yeni işıqlanma sistemi qurulub
AZAL Novruz bayramı tətili üçün Batumiyə biletləri satışa çıxarıb
Sabah Bakıda yağış, bəzi dağlıq bölgələrdə isə qar yağacaq
NATO-nun baş katibi Ukrayna prezidenti ilə görüşəcək
Füzulidə "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıq işləri ilə tanış olub
Azərbaycanda qarşıdakı 10 gündə 1,6 milyondan çox ağac və kol əkiləcək
Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu keçiril
Azərbaycan nefti 74,75 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Bu gün Füzuli Şəhəri Günüdür
ADY qatarların hərəkət qrafikində dəyişiklik edib
Zelenski Ukraynanın qələbə planını təqdim edib
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Orban Aİ-nin Ukraynaya 6,6 milyard avroluq yardımına beto qoyacaq?
Sabah Bakıda 20° isti olacaq
Cari ildə azad olunmuş ərazilərin bərpasına 3,083 milyard manat xərclənib
Neft Fondundan dövlət büdcəsinə 9,5 milyard manatlıq transfert edilib