Gömrük Komitəsi Azərbaycan-Gürcüstan ticarət əlaqələrindəki fərqə aydınlıq gətirib
Dövlət Gömrük Komitəsi Azərbaycan və Gürcüstanın xarici ticarət dövriyyələrində yaranan fərqlərə aydınlıq gətirib.
YeniAvropa xəbər verir ki, bu barədə Komitənin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, sosial şəbəkələr üzərindən Azərbaycan və Gürcüstanın xarici ticarət dövriyyələrində yaranan fərqlərlə bağlı söylənilən mülahizələrdə Dövlət Gömrük Komitəsi aşağıdakı məlumatlarının nəzərə alınması ümumi mənzərənin daha düzgün təfsirinə faydalı olacaq:
"Azərbaycanda xarici ticarətin gömrük statistikası BMT-nin Statistika Xidmətinin metodoloji göstərişləri əsasında beynəlxalq standartlara uyğun olaraq aparılır.
Sözügedən metodologiyaya uyğun olaraq idxal edilən malların həcminin coğrafi bölgüsü - malın mənşə ölkəsi üzrə, ixrac olunan malların coğrafi bölgüsü - malın təyinat ölkəsi üzrə aparılır.
Başqa sözlə, Azərbaycanın Gürcüstandan idxal göstəriciləri həmin ölkə və digər ölkələrdən idxal olunmuş Gürcüstan mənşəli mallar əsasında, ixrac göstəriciləri isə Azərbaycandan yerli və digər ölkə mənşəli malların Gürcüstana ixracı əsasında formalaşır.
2023-cü il ərzində Dövlət Gömrük Komitəsinin məlumat bazasında Azərbaycana idxal olunmuş Gürcüstan mənşəli malların dəyəri 126 milyon ABŞ dolları təşkil etsə də, Gürcüstanın www.geostat.ge veb-səhifəsində yayımladığı ilkin xarakterli məlumatlarda (preliminary data) Azərbaycana ixrac olunmuş malların dəyəri 862 milyon ABŞ dolları göstərilib.
Lakin mənşə ölkəsini nəzərə almadan ötən il ərzində Gürcüstandan idxal olunan (göndərən ölkə Gürcüstan) malların dəyəri 1 088 milyon ABŞ dolları təşkil edib. Bu idxalın 962 milyon ABŞ dolları dəyərində malların mənşə ölkəsi Almaniya, Yaponiya, Türkiyə, ABŞ və digər ölkələr olduğuna görə rəsmi statistikada həmin ölkələrdən Azərbaycana idxal olunmuş malların dəyərinə əlavə edilib.
Eyni zamanda, ixrac və idxal qiymətləri arasında yaranan qiymət fərqləri (məsələn, nəqliyyat, sığorta və s.), ixrac və idxal üzrə hesabat ilinin fərqli olması (məsələn, bir ölkədən dekabr ayının sonlarına təsadüf edən ixracın növbəti ilin əvvəlində digər ölkədə idxal olunaraq qeydiyyata alınması) və bu kimi digər amillər də xarici ticarət dövriyyələri arasında fərqin yaranmasına gətirib çıxarır.
Təcrübədə güzgülü statistikanın aparılması üçün (statistik məlumatların tutuşdurulması məqsədilə) qarşılıqlı razılaşma əsasında ölkələrin gömrük xidmətləri arasında işçi görüşlər keçirilir.
Azərbaycanın gömrük xidməti də öz növbəsində bu növ təcrübədən istifadə edir".
Avropa çempionatı: 3 boksçumuz finala yüksəlib
İsrail HƏMAS liderini öldürdüyünü ABŞ-a təsdiqləyib
AQTA paytaxtdakı “Sarı Sünbül” iaşə obyektini bağlatdırdı
Aeroport yolu 3 saat bağlı olacaq
"COVID-19"a görə bəzi tibb işçilərinin maaşlarına əlavənin vaxtı uzadılıb
Ceyhun Bayramov Türkiyəyə “3+3” formatda görüşə yola düşüb
Qeyri-sabit hava şəraiti bölgələrdə 4 gün davam edəcək
“Bakı Nəqliyyat Agentliyi”nin həbs edilən əməkdaşları bəraət aldılar?
"COP29"a hazırlıq: Bir sıra küçələr 3 saatlıq bağlı olacaq
“Azərkontrakt" 2 ay sonra ləğv edilcək
Paytaxtın Xətai rayonunda torpaq sürüşməsi olub
Bəstəkarlar İttifaqının 90 illik yubileyini Şuşada qeyd edib
“E-təbib” mobil tətbiqi ilə təcili yardım çağırmaq mümkün olacaq
Məhkəmə sabiq baş nazirin həbsinə order verdi
“Ulduz” metrostansiyasında yeni işıqlanma sistemi qurulub
AZAL Novruz bayramı tətili üçün Batumiyə biletləri satışa çıxarıb
Sabah Bakıda yağış, bəzi dağlıq bölgələrdə isə qar yağacaq
NATO-nun baş katibi Ukrayna prezidenti ilə görüşəcək
Füzulidə "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıq işləri ilə tanış olub
Azərbaycanda qarşıdakı 10 gündə 1,6 milyondan çox ağac və kol əkiləcək
Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu keçiril
Azərbaycan nefti 74,75 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Bu gün Füzuli Şəhəri Günüdür