logo

Rusiya 2023-cü ildə III Avropa Oyunlarını Kazanda keçirmək istəyir

19:10 30-01-2019 | icon 3318
Rusiya 2023-cü ildə III Avropa Oyunlarını Kazanda keçirmək istəyir

Rusiya 2023-cü ildə təşkil olunacaq III Avropa Oyunlarının Kazanda keçirilməsinə tərəfdardır.

YeniAvropa yerli KİV-ə istinadla xəbər verir  ki, bu barədə Rusiya Olimpiya Komitəsinin (ROK) prezidenti Stanislav Pozdnyakov məlumat verib. O, bildirib ki, başçılıq etdiyi qurum Kazanın 2023-cü ildə Avropa Oyunlarını qəbul etmək niyyətini dəstəkləyəcək.

ROK-un rəsmi saytına müsahibəsində S.Pozdnyakov deyib: “Kazan növbəti Avropa Oyunlarını qəbul etmək üçün müraciət edib. Rusiya Olimpiya Komitəsi bu qərarı hərtərəfli dəstəkləyir və müraciətin təmin edilməsinə hərtərəfli kömək etməyə hazırdır. Bu istiqamətdə təşkilat komitəsi və regionun rəhbərliyi ilə işləyəcəyik. Hazırda Tatarıstanda təkcə Rusiya standartlarına deyil, həm də beynəlxalq standartlara görə unikal olan idman infrastrukturu yaradılıb, respublikanın paytaxtı istənilən kompleks tədbiri, o cümlədən Olimpiya Oyunlarını qəbul etməyə, ən yüksək təşkilatçılıq səviyyəsi təmin etməyə hazırdır ki, bunu da son illər dəfələrlə edib”.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib. Bu ilin yayında isə II Avropa Oyunlarına Minck ev sahibliyi edəcək.