ABŞ-ın Los-Anceles şəhərində fəaliyyət göstərən “Feraqyan” və “Manuqyan” adlı iki erməni liseyinin binalarının dörd tərəfinə Türkiyə bayraqları asılıb.
YeniAvropa erməni KİV-lərinə istinadla xəbər verir ki, bu şəhərdəki erməni icmaları türklərin bu vətənpərvərlik aksiyasından narahat olduqlarını bildiriblər və faktla bağlı Federal Təhqiqat Bürosuna müraciət ediblər.
Los-Anceles əyalətindən olan ermənipərəst konqresmen Bred Şermanın bu hadisəni pisləməsi və bayraq hadisəsini qondarma “erməni soyqırımı” qurbanları ilə əlaqələndirməsi türk icmasında təəccüb doğurub. İcma üzvləri bildiriblər ki, burada cinayət tərkibi olan heç bir insident baş verməyib.
Hadisədən təşvişə düşən Amerikanın erməni milli komitəsi də bəyanatla çıxış etməyə hazırlaşır.