Portuqaliyada ölkənin yığma komandasının futbolçusu Kriştianu Ronaldunun vergi cinayətləri səbəbindən dövlət mükafatlarından məhrum etməyə hazırlaşır.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti çıxışı zamanı bildirib. “Qanun bu baxımdan çox sadədir. Mükafata cavabdeh olan məmurlar məsələni gözdən keçirməli və şərəfin itirilməsinə səbəb olan hansı hadisənin baş verdiyini müəyyən etməlidirlər”, - deyə Portuqaliya prezidenti Marselu Rebelu di Souza bildirib.
Xatırladaq ki, yanvarın 22-də Madridin Əyalət Məhkəməsinin portuqaliyalı futbolçunu 23 ay şərti cəzaya məhkum etməsi məlum olub. Məhkəmə, həmçinin idmançının üzərinə 19 milyon avrodan çox məbləğdə pul cəriməsini ödəmək öhdəliyi qoyub.
33 yaşlı hücumçu 3 dövlət mükafatına sahibdir. O, 2004-cü ildə "İnfant don Enrike" ordeninin zabit dərəcəsinə, 2014-cü ildə həmin ordenin böyük zabit dərəcəsinə, 2016-cı ildə isə Avropa çempionatındakı qələbədən sonra ölkə prezidenti tərəfindən ordenin komandor dərəcəsinə layiq görülüb.
Portuqaliyalı 438 matçda öz hesabına 450 qol yazdıraraq madridlilərin tarixində ən yaxşı bombardir olub. Milli yığma komandada hücumçu Avropa çempionu və vitse-çempion adını qazanıb. Ronaldu, həmçinin yığmanın tarixində də ən məhsuldar oyunçudur (75 qol).