logo

Amerikalı dirijor Bakıda çıxış edəcək

16:33 29-01-2019 | icon 5061
Amerikalı dirijor Bakıda çıxış edəcək

Fevralın 15-də amerikalı dirijor Hobart Erlin dirijorluğu ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert verəcək.

YeniAvropa xəbər verir  ki, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq konsertin solisti qismində Dali Qutseryeva (cello) və Yekaterina Lehina (soprano) çıxış edəcək.

Konsert çərçivəsində V.A.Motsartın “Fiqaronun toyu” operasından “Uvertüra, KV 492”, K.Boyarskinin “Violonçel, soprano və orkestr üçün süita”sı və P.İ.Çaykovskinin opera üçün yazdığı “Dörd nömrəli simfoniya”sı ifa olunacaq.