logo

Keçmiş deputatın restoranında atışmada ölən və yaralananlar var

12:34 29-01-2019 | icon 2912
Keçmiş deputatın restoranında atışmada ölən və yaralananlar var

Ermənistanda yeni hökumətin amnistiya aktından sonra kriminal vəziyyət daha da pisləşib. 

YeniAvropa erməni KİV-lərə istinadla xəbər verir ki, yanvarın 28-də axşam saatlarında Ermənistan parlamentinin keçmiş deputatı Melikset Manukyanın sahibi olduğu restoranda baş vermiş atışma nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Yaralılar Yerevan və Abovyanın xəstəxanalarına çatdırılıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Yerevan polisinin məlumatına görə, “Partez” adlanan restoran əsl döyüş yerinə çevrilib. Cinayətkarlar atışmada müxtəlif növ silahlardan, o cümlədən “Makarov” və “TT” tapançalarından istifadə ediblər. İnsidentdə iştirak edən keçmiş deputatın yaxınları da yaralanıblar.