İstanbulun Tuzla rayonundakı Tərsanələr bölgəsində “Honq Konq LR2 Poseidin” adlı yanacaq daşıyan gəmidə baş verən yanğın zamanı iki nəfər ölüb.
YeniAvropa xəbər verir ki, hadisə nəticəsində biri ağır olmaqla, 11 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.
Yanğının yanacağın boşaldılması zamanı baş verdiyi bildirilir.
Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb edilib. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.