logo

Asiya kuboku: Yaponiya İran millisini məğlub edərək finala yüksəlib

20:59 28-01-2019 | icon 2954
Asiya kuboku: Yaponiya İran millisini məğlub edərək finala yüksəlib

Yanvarın 28-də futbol üzrə Asiya kubokunun yarımfinal mərhələsində ilk oyun başa çatıb.

YeniAvropa xəbər verir  ki, görüş Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Hazza Bin Zayed” arenasında keçirilib. İran və Yaponiya milliləri arasında keçirilən qarşılaşma 0:3 hesabla gündoğan ölkənin təmsilçilərinin xeyrinə bitib. Qarşılaşmanın ilk qolunun müəllifi oyunun 56-cı dəqiqəsində Yuya Osako olub. Yapon müdafiəçi 11 dəqiqə sonra növbəti qolunu penalti zərbəsindən vurub. Oyunun son nöqtəsini 90-cı dəqiqədə Haraquçi qoyub.

Qeyd edək ki, Yaponiya milli komandası Asiya kubokunun finalına vəsiqə qazanıb. Yaponların finaldakı rəqibi Qətər və Birləşmiş Ərəb Əmirlikləri milliləri arasındakı görüşün qalibi olacaq. Bu görüş isə yanvarın 29-u Bakı vaxtı ilə saat 18:00 da keçiriləcək.