logo

Qahirədə Misir və Fransa arasında əməkdaşlığa dair sazişlər imzalanıb

20:31 28-01-2019 | icon 3066
Qahirədə Misir və Fransa arasında əməkdaşlığa dair sazişlər imzalanıb

Qahirədə Misir və Fransa arasında yüksək səviyyədə danışıqlardan sonra bu ölkələr arasında əməkdaşlığa dair bir sıra birgə sazişlər imzalanıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Misir prezidenti Əbdülfəttah əs-Sisinin və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə bu ölkələr arasında bir sıra ikitərəfli sazişlər imzalanıb. Məsələn, tərəflər sosial-iqtisadi sahədə strateji tərəfdaşlıq haqqında memorandum, əhalinin sosial müdafiəsi sektorunun dəstəklənməsi üçün Fransa tərəfindən 8 milyon avro məbləğində kreditin ayrılması haqqında memorandum, Misirdə Fransa Universitetinin yenidən təşkil edilməsi haqqında saziş, səhiyyə sahəsində əməkdaşlıq haqqında saziş, Qahirə Beynəlxalq Aeroportu ilə Heliopolis rayonunu birləşdirəcək yeni metro xəttinin tikintisinin maliyyələşdirilməsi haqqında memorandum imzalanıb. Layihəyə 336 milyon avro sərmayə yatırılması nəzərdə tutulub.

Bununla yanaşı, tərəflər dövlət idarəçiliyi üçün kadrların hazırlanması sahəsində əməkdaşlıq barədə razılığa gəliblər. Birgə əczaçılıq müəssisəsinin tikintisi barədə niyyət deklarasiyası, mədəniyyət, təhsil, elm və frankofoniya sahəsində əməkdaşlığın möhkəmlənməsi haqqında birgə bəyannamə imzalanıb.