2018-ci ildə Moldovada 81 min 382 nəfər xərçəng xəstəliyinə tutulub ki, bu da 2017-ci illə müqayisədə 3633 fakt çoxdur.
YeniAvropa xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Moldova Sağlamlıq Cəmiyyəti Milli Agentliyinin mətbuat xidmətinin rəhbəri Olesya Kroitor məlumat verib.
Onun sözlərinə görə, Moldovada xərçəng xəstəliyindən ölmə faktı ürəktutmadan sonra ikinci yerdə dayanır. Kişilərdə xərçəngdən ölmə faktı 1,5 dəfə çoxdur.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 2018-ci ildə dünyada 9,6 milyon insan xərçəng xəstəliyindən dünyasını dəyişib. Növbəti 10 illikdə il ərzində xərçəng xəstəliyindən 14 milyon insanın öləcəyi proqnozlaşdırılır.