logo

Voleybolçumuz karyerasını Türkiyədə davam etdirəcək

16:50 28-01-2019 | icon 2898
Voleybolçumuz karyerasını Türkiyədə davam etdirəcək

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Polina Rəhimova karyerasını Türkiyədə davam etdirəcək.

YeniAvropa xəbər verir  ki, voleybolçumuz “Türk Hava Yolları” klubu ilə müqavilə imzalayıb.

Hücumçunun son klubu İtaliyanın “Pomi” komandası olub.

Qeyd edək ki, Türkiyə Super Liqasında çıxış edən “Türk Hava Yolları” klubu 14 turdan sonra 25 xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb.