Suriyanın birinci xanımı Əsma Əsədin uğurlu xərçəng əməliyyatı keçirdiyi bildirilir. Bu barədə Suriya prezidentinin "Twitter" səhifəsində məlumat yer alıb.
YeniAvropa “Sputnik” agentliyinə istinadla xəbər verir ki, Əsma Əsədə bu yaxınlarda erkən döş xərçəngi diaqnozu qoyulub və birinci xanım Dəməşq Hərbi Hospitalında əməliyyat olunub. Əməliyyatın uğurla keçdiyi və 42 yaşlı Suriyanın birinci xanımının özünü yaxşı hiss etdiyi bildirilir.