İran Xəzəryanı ölkələrlə birgə layihələr həyata keçirməyə hazırdır.
YeniAvropa xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif türkmənistanlı həmkarı Rəşid Meredov ilə görüşündə deyib. Nazir bildirib ki, Xəzəryanı ölkələr arasında arasına heç bir problem yoxdur və bu fakt dənizdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün yaxşı imkan yaradıb.
Onun sözlərinə görə, İran Xəzəryanı dövlətlərlə əlaqələrin inkişafında maraqlıdır.
Xatırladaq ki, uzun sürən danışıqlardan sonra ötən ilin avqustunda Aktauda Xəzəryanı dövlətlərin samitində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb. Qeyd edək ki, 1996-ci ildən davam edən danışıqların nəticəsində imzalanan Konvensiyaya əsasən tərəflər bərabər hüquqlara malikdirlər. Bu Konvensiya gəmiçilik, nəqliyyat, ticarət sahələrində qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük imkanlar açıb.