Yaponiyalı tennisçi Naomi Osaka Qadın Tennisçilər Assosiasiyasının (WTA) reytinqində birinci yerə yüksəlib.
YeniAvropa xəbər verir ki, Naomi bu nailiyyətə “Australian Open-2019” turnirində qalibiyyətdən sonra nail olub. O, finalda çexiyalı Petra Kvitovanı məğlub edərək (7:6, 5:7, 6:4) 7030 xalla liderliyi əla alıb. Osaka “Böyük dəbilqə” seriyasında ardıcıl ikinci dəfə qalib gəlib. O, 2018-ci ildə “US Open” turnirinin qalibi olub. Həmin turnirdə Naomi Serena Vilyamsı məğlub edib (6:2, 6:4).
İyirmi bir yaşlı Naomi Osakanın “Australian Open” turnirində ən yaxşı göstəricisi 2018-ci ildə dörddəbir final mərhələsinə çıxması olub. Osaka həmçinin WTA-nın reytinqinə başçılıq edən ilk yaponiyalı tennisçi olub.
WTA-nın yeni reytinqi aşağıdakı kimidir:
1. Naomi Osaka (Yaponiya) - 7030 xal
2. Petra Kvitova (Çexiya) - 6290 xal
3. Simona Halep (Rumıniya) - 5582 xal
4. Sloan Stivens (ABŞ) - 5307 xal
5. Karolina Plişkova (Çexiya) - 5100 xal
6. Angelik Kerber (Almaniya) - 4965 xal
7. Elina Svitolina (Ukrayna) - 4940 xal
8. Kiki Bertens (Niderland) - 4430 xal
9. Karolin Voznyatski (Danimarka) - 3566 xal
10. Arina Sobolenko (Belarus) - 3485 xal.