Avropa ölkələri İranla əməkdaşlıq üçün yeni mexanizm hazırlayıblar
Böyük Britaniya, Fransa və Almaniya ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara rəğmən Tehranla ticarət üçün maliyyə mexanizmi hazırlayıblar.
YeniAvropa xəbər verir ki, iki mötəbər avropalı diplomatın “Bloomberg” agentliyinə verdiyi məlumata görə, Avropa ölkələri ABŞ sanksiyalarına məruz qalmayacaq yeni mexanizm üzərində işi başa çatdırıblar və yekun sənəd bu yaxınlarda elan olunacaq. Hazırda son danışıqlar aparılır və yekun bəyanat hazırlanır.
“Bloomberg” bildirir ki, yeni mexanizm Aİ-nin 2015-ci ildə qəbul etdiyi Birgə Yekun Fəaliyyət Planı (JCPOA) əsasında hazırlanıb. Bu sənədi imzalayan ölkələr öz öhdələrinə Tehranın nüvə proqramını dayandırması müqabilində İrana qarşı sanksiyaları ləğv etməyi götürmüşdülər. Yeni bəyanatın layihəsində deyilir ki, Böyük Britaniya, Fransa və Almaniya son dövrdə İranla ticarətdə əldə olunan irəliləyişləri qoruyub saxlamaq və İran xalqının həyatı üçün zəruri olan iqtisadi əməkdaşlığı davam etdirmək niyyətindədirlər”. Bu bəyanat yanvarın 29-da Aİ-yə üzv olan 28 ölkə tərəfindən təsdiq olunduqdan sonra açıqlanacaq.
Maliyyə mexanizmində Avropa şirkətlərinin ABŞ dollarının asılılığından qurtulması yolu ilə İranla ticarətdə bank-maliyyə problemlərinin həllinə nail olunması nəzərdə tutulub. Bundan başqa, Avropa şirkətlərinin İrandan neft və qaz idxalı müqabilində barter üsulu ilə ödənişləri həyata keçirməsi də yeni planın əsas müddəalarından biridir.
Xatırladaq ki, Tramp hökuməti bundan əvvəl Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə altı ay müddətində İrandan məhdud həcmdə neft məhsulları idxal etməyə icazə verib. Ötən ilin dekabrında isə ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Siqal Mandelker bəyan edib ki, bütün Avropa İttifaqının bu sanksiyaya əməl etməyəcəyindən narahatdır.
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib