logo

Braziliyada daha bir bəndin dağılmaq təhlükəsi yaranıb

20:39 27-01-2019 | icon 3045
Braziliyada daha bir bəndin dağılmaq təhlükəsi yaranıb

Braziliyanın cənub-şərqində su bəndinin uçması nəticəsində itkin düşənlərin və həlak olanların axtarışları dayandırılıb. Xilasedicilər yerli sakinlərin təxliyəsi ilə məşğul olmağa başlayıblar. Buna daha bir bəndin dağılmaq təhlükəsi səbəb olub.

YeniAvropa xəbər verir  ki, "Globo" telekanalının yaydığı məlumata görə, təhlükəli ərazidən ümumilikdə 24 minə yaxın sakin təxliyə edilməlidir.

Bazar günü Vale kompaniyası Brumadinyu bələdiyyəsində yerləşən daha bir bəndin dağılma riski ilə bağlı xəbərdarlıq edib. Yanvarın 25-də bu ərazidə analoji qurğu dağılmışdı. Hadisə yerində xilasetmə əməliyyatlarına 200-dən çox xilasedici cəlb olunub. Regional yanğın xidmətinin nümayəndəsi hadisə nəticəsində ölənlərin sayının 37 nəfərə çatdığını təsdiqləyib.

Bundan əvvəl 34 nəfərin öldüyü və 296 nəfərin itkin düşdüyü bildirilirdi. Rəsmi məlumata əsasən, 192 nəfər xilas edilib.