Avropa Mərkəzi Bankı (ECB) üzərində Türkiyənin ulu öndəri Mustafa Kamal Atatürkün şəkli olan simvolik avro çap edib. YeniAvropa Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, türk kolleksiyaçıların təşəbbüsü ilə çap edilən əsginas valyuta bazarında istifadə olunan avro ilə eyni xüsusiyyətlərə malikdir. Simvolik avro Türkiyənin təbliği üçün turizm sahəsində istifadə ediləcək. Beş min ədəd çap edilən simvolik avro, həmçinin suvenir kimi də istifadə olunacaq.