Yanvarın 26-da İndoneziyanın Cənubi Molukka adaları yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib. YeniAvropa xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Dobo məntəqəsindən 58 kilometr qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.