Bildirilib ki, o, yanvarın 26-da açıq havada xalqla görüşəcəyini söyləyib. Bir müddət əvvəl Venesuela ordusunun dəstəyəni istəyən və hərbçilər üçün əfv elan edəcəklərini açıqlayan Quaydo görüşdə parlamentdə təsdiqlənən əfv haqqında qanunu müzakirə edəcəklərini bildirib. O deyib ki, yanvarın 27-də əfvlə bağlı qanunun mətnini küçədəki təhlükəsizlik qüvvələrinə paylayacaqlar.
Xuan Quaydo çeviriliş etmədiklərini vurğulayaraq, bildirib: “Mənim həbs edilməyim çeviriliş ola bilər”.