Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Ukraynanın sabiq baş naziri, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenkonun və daha beş nəfərin prezidentliyə namizədliyi qeydə alınıb. Beləliklə, MSK tərəfindən qeydə alınan prezidentliyə namizədlərin sayı 19-a çatıb.
Qeyd edək ki, Timoşenkonun prezidentliyə namizədliyi yanvarın 22-də “Batkivşina” partiyasının qurultayında irəli sürülüb.
Prezident seçkiləri martın 31-də keçiriləcək.