logo

Maduro Rusiya, Çin və Türkiyəyə təşəkkür etdi

13:21 25-01-2019 | icon 2968
Maduro Rusiya, Çin və Türkiyəyə təşəkkür etdi

Venesuelanın leqitim prezidenti Nikolas Maduro parlamentin sədri və müxalifət lideri 35 yaşlı Xuan Quaydonun özünü qanunsuz olaraq ölkə prezidenti elan etməsinə qarşı Rusiya, Çin və Türkiyənin verdiyi dəstəyi yüksək qiymətləndirərək, bu ölkələrə təşəkkür edib.

YeniAvropa xəbər verir  ki, bu barədə Maduro özünün "Tvitter" səhifəsində yazıb. O, bəyan edib ki, yaşadığı bu çətin dövrlərdə Venesuela tək qalmayıb.

“Rusiya, Çin, Türkiyə ilə digər hökumətlər və dünya xalqlarına Venesuelanın qanuni olaraq qurulan hökumətinə verdikləri dəstək bəyanatlarına görə minnətdaram. Qətiyyətli dəstəyiniz üçün təşəkkür edirəm. Venesuela tək deyil!" - Maduro bəyan edib.

Azvision.az xatırladır ki, 23 yanvarda Venesuela parlamentinin (Milli Assambleya) sədri və müxalifət lideri Xuan Quaydo özünü ölkənin prezidenti elan edib. ABŞ başda olmaqla beynəlxalq birliyin əksər aktorları Quaydonun müvəqqəti hakimiyyətini tanıyıb. Rusiya, Çin, İran və Türkiyə isə buna qarşı çıxaraq, Maduroya dəstək veriblər.