Venesuelada yanvarın 21-də başlayan etirazların gedişində indiyədək 364 nəfər saxlanılıb.
YeniAvropa "TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu “Venesuela cinayət forumu” qeyri-hökumət təşkilatının icraçı direktoru Alfredo Romero bildirib.
Venesuelada müxalifətin hökumət əleyhinə təşkil etdiyi miqyaslı etiraz aksiyaları bəzi regionlarda təhlükəsizlik qüvvələri ilə toqquşmalara səbəb olub. Qeyri-hökumət təşkilatlarının məlumatına əsasən, iğtişaşlar nəticəsində azı 26 nəfər həlak olub.
Xatırladaq ki, müxalifət lideri Xuan Quaydonun yanvarın 23-də Karakas şəhərində keçirilən mitinq zamanı dövlət başçısının səlahiyyətlərini öz üzərinə götürdüyünü elan etməsi ilə ölkədə vəziyyət gərginləşib. Hazırkı prezident Nikolas Maduro bu hadisələri Vaşinqton tərəfindən təşkil edilmiş dövlət çevrilişi adlandırıb və ölkəsinin suverenliyini nəyin bahasına olursa-olsun qoruyacağını bildirib.