logo

Putin Maduroya dəstək verdi

22:17 24-01-2019 | icon 2919
Putin Maduroya dəstək verdi

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Velesuelanın prezidenti Nikolas Maduro ilə telefonla danışıb.

YeniAvropa Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin telefon danışığında Velesuelada baş verən sona hadisələrlə əlaqədar Maduroya dəstəyini fadə edib.
Rusiya prezidenti xarici qüvvələrin bu ölkənin daxili işlərinə qarışmasının beynəlxalq hüquqa zidd olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, Venesuela parlamentin (Milli Assambleya) sədri və müxalifət lideri Xuan Quaydo özünü ölkənin prezidenti elan edib. ABŞ başda olmaqla beynəlxalq birliyin əksər aktorları Quaydonun müvəqqəti hakimiyyətini tanıyıb. Rusiya, İran və Türkiyə isə buna qarşı çıxaraq, Maduroya dəstək veriblər.