Türkiyənin Antalya vilayətində baş vermiş güclü qasırğa nəticəsində 1 nəfərin öldüyü, daha bir nəfərin itkin düşdüyü bildirilir. Təbii fəlakət nəticəsində yaralanan 13 nəfər isə xəstəxanalara yerləşdirilib.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, qasırğa vilayətin Kumluca və Finikye rayonlarında əkin sahələrinə də ciddi zərər vurub. Antalya valisi Münir Karaloğlu bildirib ki, Kəmər rayonunda itkin düşən gənc qızın axtarışları davam edir.
Antalyanın mərkəzindəki Konyaaltı rayonunda isə fırtına ağır fəsadlar törədib. Evlərə və ticarət obyektlərinə dəyən ziyanın miqyası dəqiqləşdirilir. Hazırda Antalya-Muğla avtomobil yolu da bağlanıb.