logo

Məhəmməd Muradlı şahmat üzrə Azərbaycan çempionu olub

17:59 24-01-2019 | icon 3115
Məhəmməd Muradlı şahmat üzrə Azərbaycan çempionu olub

Yanvarın 24-də kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı başa çatıb.

YeniAvropa xəbər verir  ki, 9 turdan 6,5 xal toplayan Məhəmməd Muradlı ölkə çempionu adını qazanıb. Aktivində 6,5 xal olan İsmayıl Şahəliyev ikinci yeri tutub. Ülvi Bacarani isə 6 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, 5-ci turdan liderliyi əldən verməyən İsmayıl Şahəliyev sonuncu turda Nail Bəşirliyə məğlub olduğu üçün çempionluğu əldən verib.