ABŞ-da həbs olunan İranın "Press TV" kanalının müxbiri Mərziyyə Haşimi bu gün səhər Vaşinqtonda məhkəmə qarşısında ifadə verdikdən sonra azadlığa buraxılıb.
YeniAvropa xarici mətbuata istinadla xəbər verir ki, 14 gün həbsdə saxlanılan müxbir ABŞ-a ailə üzvlərinə baş çəkməyə getib. Lakin gözlənilmədən heç bir ittiham irəli sürülmədən həbs edilib. Sonra məlum olub ki, ABŞ qanunlarına görə bu və ya digər məhkəmə prosesində adı şahid kimi keçən adam həbs edilə bilər. Lakin M.Haşiminin həbsi zamanı onun qollarının və ayaqlarının qandallanması İranda və beynəlxalq media qurumları tərəfindən birmənalı qarşılanmayıb. İranda və ABŞ-da M. Haşiminin azadlığa buraxılması tələbi ilə aksiyalar keçirildi.
Yanvarın 24-də M. Haşimi Vaşinqton türməsindən məhkəməyə gətirilib və bir neçə il əvvəl ABŞ-da baş verən terrorla bağlı ifadəsi alınıb. Daha sonra M.Haşimi azadlığa buraxılıb.
Hazırda iranlı jurnalist ailəsinin yanındadır.