logo

Gürcüstan  Xuan Quaydonu  ölkənin müvəqqəti prezidenti kimi tanıyıb

11:15 24-01-2019 | icon 3094
Gürcüstan  Xuan Quaydonu  ölkənin müvəqqəti prezidenti kimi tanıyıb

Gürcüstan Venesuela Milli Assambleyasının spikeri Xuan Quaydonu hazırkı dövlət başçısı Nikolas Maduronun əvəzinə bu ölkənin müvəqqəti prezidenti kimi tanıyıb.

YeniAvropa xəbər verir  ki, bu barədə  "TASS" agentliyi xəbər yayıb. Xəbərdə deyilir ki, bunu cümə axşamı Gürcüstanın xarici işlər naziri David Zalkaliani bəyan edib.

"Gürcüstan Xuan Quaydonu müvəqqəti prezident kimi tanıyır və Venesuela xalqının azadlıq və demokratiya uğrunda mübarizədə səsləndirdikləri bəyanatları alqışlayır", - deyə Zalkaliani "Twitter"də yazıb.

Xatırladaq ki, ötən gün Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaydo özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaydonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.