Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaydo özünü prezident vəzifələrinin icraçısı elan edib. YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp da öz növbəsində Quaidonu Venesuelanın müvəqqəti prezidenti olaraq tanıdığını bəyan edib.
"ABŞ Venesuela prezidenti Nikolas Maduranı öz postunu tərk etməyə və hakimiyyəti özünü dövlət başçısının səlahiyyətlərinin icraçısı elan etmiş Milli Assambleyanın spikeri Xuan Quaydoya təhvil verməyə səsləyir",- deyə dövlət katibi Maykl Pompeoya istinadla Dövlət Departamenti məlumat yayıb.
"Venesuela xalqı Nikolas Maduronun diktaturasından çoz əziyyət çəkdi. Biz Maduronu vəzuifəsini tərk edərək, bu legitim vəzifəni Venesuela xalqının iradəsini əks etdirən liderə təhvil verməyə çağırırıq",-deyə Pompeo vurğulayıb.
Xatırladaq ki, Venesuela Milli Assambleyanın spikeri Xuan Gerardo Quaydo Markes 28 июля 1983-cü ildə anadan olub. 2016-cı ildə Verqas ştatından Milli Assambleyaya deputat seçilib. "Xalqın iradəsi" partiyasının üzvü olan Xuan Quaydo yanvarın 11-də Milli Assambleya tərəfindən venesuelanın müvəqqəti prezidenti elan edilib. Bu gün yanvarın 23-də Xuan Gerardo Quaydo Markes çoxminli mitinqdə xalq qarşısında and içərək özünü ölkı prezidenti elan edib.
Onun prezidentliyini artıq Braziliya , Puerto-Riko, ABŞ hökumətləri, eləcə də Amerika Dövlətləri Təşkilatının baş katibi Luis Almaqro tanıyıb.