“Tata Steel Masters-2019” turnirində onuncu turun oyunlarına yekun vurulub.
YeniAvropa xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov çinli Dinq Liren, Teymur Rəcəbov isə ABŞ təmsilçisi Samuel Sanklandla mübarizə aparıb. Hər iki qarşılaşma heç-heçə başa çatıb.
On turun nəticəsinə görə, Ş. Məmmədyarovun 4, T. Rəcəbovun isə 5 xalı var.