NATO Qara dənizdə Gürcüstanın Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıq edəcək.
YeniAvropa xəbər verir ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstan prezidenti Salome Zurabişvili ilə Brüsseldə keçirdiyi görüşdə səsləndirib.
Baş katib deyib: “NATO Gürcüstanın Qara dənizdə başqa dövlətlərin hərbi qüdrətinin artması ilə bağlı narahatlığını başa düşür və bu məsələni bölüşür. Biz Qara dənizdə daha fəal əməkdaşlıq edəcəyik”.
O, bildirib ki, NATO-Gürcüstan hərbi dəniz qüvvələri arasında əməkdaşlıq çərçivəsində sahil mühafizə sahəsində birgə təlimlər də nəzərdə tutulub.