İran Fars körfəzində yeni neft ehtiyatı aşkar edib.
YeniAvropa İran dövlət televiziyasına istinadla xəbər verir ki, ölkənin neft naziri Bijən Namidar Zəncənə Fars körfəzindəki Minu adasında aparılan qazma əməliyyatları nəticəsində yüksək keyfiyyətli neft aşkar olunduğunu deyib.
Abadan bölgəsində ilk dəfə neft aşkar edildiyini deyən nazir “qara qızıl”ın çox yüngül və az kükürdlü olduğunu bildirib. Kəşf edilən neftin həcminin təyin olunması üçün quyuda qazma işləri davam etdirilir.
İran Milli Neft Şirkətinə görə, ölkənin təxminən 155 milyard barrel xam neft ehtiyatı var.