Gürcüstanda daha iki nəfər qrip virusundan dünyasını dəyişib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, ölənlərdən biri 48 yaşlı qadındır. O, Batumidəki xəstəxanaların birində dünyasını dəyişib.
Digəri ölən şəxs isə 33 yaşlı kişidir. O da Batumidəki xəstəxanada müalicə olunub. Lakin, yaxınları müalicəni Türkiyədə davam etdirmək üçün onu Trabzona aparıblar. Həmin gənc Trabzonda dünyasını dəyişib.
Xatırladaq ki, bunadək Gürcüstanda 19 nəfər “donuz qripi”ndən ölüb.