Gürcüstanın xarici dövlət borcu 2018-ci il dekabrın 31-nə olan məlumata görə, 5 milyard 434 milyon dollar təşkil edib.
YeniAvropa xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə, 2017-ci ilin yekunları ilə müqayisədə 2018-ci ildə Gürcüstanın xarici borcu 256 milyon dollar artıb.
Gürcüstan milli valyutası GEL-in dəyərinin ABŞ dolları ilə müqayisədə dəyişməsi nəticəsində dövlət borcu il ərzində 1 milyard 124 milyon dollar artıb.
Gürcüstanın dövlət borcunun əsas hissəsini çoxşaxəli kreditlər təşkil edir - 3 milyard 838 milyon dollar.
İkitərəfli kreditlər üzrə borcun həcmi 926 milyon dollardı.
Avro səhmlər üzrə borc 500 milyon dollar olub.
Gürcüstan Milli Bankının borcu 2018-ci il üzrə 166 milyon dollar təşkil edib.