logo

Argentinalı futbolçunun olduğu təyyarə La-Manş rayonunda yoxa çıxıb

20:10 22-01-2019 | icon 2849
Argentinalı futbolçunun olduğu təyyarə La-Manş rayonunda yoxa çıxıb

Göyərtəsində argentinalı futbolçu Emiliano Salanın olduğu təyyarə La-Manş rayonunda yoxa çıxıb.

YeniAvropa "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, yanvarın 21-i axşam saatlarından başlayan axtarış-xilasetmə əməliyyatı hələlik heç bir nəticə verməyib. Hazırda xilasedicilər təyyarənin axtarışını davam etdirirlər.

Futbolçu yüngül mühərrikli “Piper Malibu” təyyarəsi ilə Fransadan Böyük Britaniyaya uçub. Təyyarədə Emiliano Saladan başqa daha bir nəfərin olduğu bildirilir.

Qeyd edək ki, ötən həftə 28 yaşlı argentinalı futbolçu Fransanın “Nant” klubundan Uelsin “Kardiff-Siti” klubuna transfer olmaq üçün müqavilə imzalamışdı. Sövdələşmənin qiyməti 15 milyon funt sterlinq məbləğindədir.