Estoniyanın dövlət borcu ölkənin ümumdaxili məhsulunun 8 faizi həcmindədir.
YeniAvropa xəbər verir ki, 2018-ci ilin 3-cü rübünün nəticələrinə görə, Estoniyanın dövlət borcu daha 0,3 faiz azalıb. Hazırda Estoniya dövlət borcunun azlığına görə Avropa İttifaqına daxil olan 28 ölkə sırasında liderdir.
Avropa ittifaqında ən çox borcu olan ölkə Yunanıstandır. Bu ölkənin dövlət borcu ÜDM-nin 182,2 faizinə bərabərdir. Portuqaliyada bu rəqəm 125, Belçikada isə 105,4 faizdir.