Yanvarın 24-25-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin iclası keçiriləcək.
YeniAvropa xəbər verir ki, AOK İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iclasda iştirak edəcək.
Həmçinin tədbir çərçivəsində AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi adıçəkilən təşkilatın hesabatı ilə çıxış edəcəklər. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın iclasda iştirakı gözlənilir.
“Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalı və “Minsk 2019” ikinci Avropa Oyunları gündəlikdə olan məsələlər sırasındadır.