logo

Ukraynada 3 minədək məmura qarşı  korrupsiya fakt üzrə məhkəmə hökmü çıxarılıb

14:10 22-01-2019 | icon 2723
Ukraynada 3 minədək məmura qarşı  korrupsiya fakt üzrə məhkəmə hökmü çıxarılıb

Ukraynada son 2,5 ildə korrupsiya faktlarına görə 2637 məmur haqqında məhkəmə hökmü çıxarılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu fikri müsahibəsində Ukraynanın Baş prokuroru Yuri Lutsenko söyləyib.

Onun sözlərinə görə, bu müddət ərzində korrupsiya hallarından 3 milyard dollar büdcəyə qaytarılıb. Bundan başqa 10 min hektarlarla torpaq və mülkiyyət geri alınıb.

Baş prokuror bildirib ki, korrupsiya hallarına qarşı mübarizə daha da sərtləşdiriləcək.