Qeyd olunub ki, yanğın bir gəminin başqa gəmiyə yanacaq ötürməsi zamanı baş verib.
Hər iki gəminin göyərtəsində ümumilikdə 31 nəfər olub.
Son məlumata görə, gəmilərin yanması nəticəsində azı 14 nəfər ölüb. 17 nəfərin xilas edildiyi bildirilir. Gəmilərin ekipajı İran və Türkiyə vətəndaşlarından ibarətdir.
Xilasetmə işlərinə 10 gəmi cəlb edilib.