logo

Ərdoğan Suriyada bufer zonası yaradılmasını Putinlə müzakirə edəcək

18:57 21-01-2019 | icon 2898
Ərdoğan Suriyada bufer zonası yaradılmasını Putinlə müzakirə edəcək

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması məsələsini müzakirə edə biləcəyini deyib.

YeniAvropa Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bunu yanvarın 21-də Ankarada çıxışı zamanı bildirib.

“Biz Vladimir Putinlə birgə danışıqlar aparacaq və Suriyadakı son hadisələri qiymətləndirəcəyik. Suriyanın şimalının terrorçulardan azad olunması və həmin rayonlarda təhlükəsizlik zonasının yaradılması məsələlərini də müzakirə edəcəyik”, - deyə Türkiyə Prezidenti qeyd edib. Onun sözlərinə görə, Türkiyə ABŞ-ın maddi-texniki dəstəyi ilə Suriyada İŞİD üzərində tam qələbə qazanmaq əzmindədir.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra Suriyanın şimalında bufer zonası yaratmaq niyyətini təsdiqləyib. Bildirib ki, Ankara yerdə təhlükəsizliyi təmin etməyə hazırdır, Amerika tərəfi isə bunu hava məkanında edəcək.